Operativ Məlumat Mərkəzi

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

1 dəq
Paylaş:
Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb
Azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat...

Azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar, həmçinin Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər