Rotavirus nədir? Müəlicə üsulları nələrdir? - ARAŞDIRMA

Rotavirus nədir? Müəlicə üsulları nələrdir? - ARAŞDIRMA
23.07.2024 17:40
Aa
dəq

Son zamanlarda ətrafımdakı insanlarda halsızlıq, qızdırma və ishal kimi hallar müşahidə edirəm. Uşaqdan böyüyə hamı xəsətlikdən və halsızlıqdan şikayət edir. Səbəbini araşdırdıqda isə yeni virusun yayıldığını gördüm. Yeni virusun adı isə rotavirusdur. Ən çox uşaqlarda müşahidə olunsa da, böyükləridə öz qarmağına keçirə bilib.

Bəs nədir bu rotavirus? Uşaqları bu virusdan necə qorumaq olar? Özbaşına dərmanlar qəbul etmək xəstəliyi daha da ağırlaşdırırmı? 

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan həkim Rəna Rzayevanın sözlərinə görə, uşaqların 95 %-i rotavirus bağırsaq infeksiyasını 5 yaşına qədər keçirir:

“Qusma və diareya nəticəsində onların orqanizminin ağır susuzlaşması 6 saat ərzində baş verə bilər. Rotavirus infeksiyası mədə və bağırsaqların selikli qişasının zədələnməsilə özünü büruzə verən virus etiologiyalı infeksion patologiyadır. Südəmər körpələr və 3 yaşa qədər uşaqlar üçün xüsusilə təhlükəlidir. Belə ki, orqanizmdə hipovolemik şok verən ağır susuzluğa gətirib çıxarır”. 

Həkim deyir ki, rotavirus qastroenteriti bağırsaq infeksiyasının bir növü olub,  “reovirus” ailəsinə aid olan “rotavirus" virusu tərəfindən törədilir. Bunlardan insan üçün təhlükəli olanları isə A, B və C rotaviruslarıdır. Bu virusun əsas risk faktorları sosial-məişət durumun pis olması, süni qidalandırma, pis qidalanma, erkən doğulmuş uşaq, immun defisiti vəziyyəti (QİÇS, HİV) və digər orqan və sistemlərin ağır xəstəlikləridir.

Rotavirus Symptoms

“Rotavirus infeksiyası özünü bir neçə formada biruzə verə bilər. Məsələn, bir neçə gün ərzində öyümə, qusma, 3-7 gün ərzində ishal, qarında ağrılar, bədən temperaturunun qalxması, kəskin respirator virus infeksiyası simptomları, zəiflik, baş gicəllənməsi. Onu da qeyd edim ki, virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdir. Müalicə simptomatik, yəni simptomların aradan qaldırılmasına əsaslanır. Nadir hallarda rehidratasiya terapiyası məsləhər görülür”.

Doktor bildirir ki, rotavirus infeksiyasının profilaktikası məqsədilə peyvənddən istifadə edilir. Peyvənd profilaktikası uşağın ilk aylarında həyata keçirilir və 90% hallarda rotavirus infeksiyasının qarşısını alır. Rotavirus infeksiyasının ikincili profilaktikası sosial-məişət durumunu yaxşılaşdırmaqdan və su resurslarını fekal çirklənmədən qorumaqdan ibarətdir. Bundan başqa şəxsi gigiyena qaydalarına ciddi riayət etmək vacibdir. Bu məqsədlə əllər tez-tez yuyulmalı, viruslu xəstə uşaq olan evdə digər uşaqları qorumaq üçün ətrafdakı əşyalar dezinfeksiya edilməlidir.

Həkim-infeksionist: “Xəstənin hansı ştamma yoluxduğunu öyrənmək mənasızdır”  – MÜSAHİBƏ - Oxu.az

Mövzu ilə bağlı saytımıza danışan digər müsahibimiz, həkim Ləman Qalimovanın sözlərinə görə, uşaqlar və böyüklər arasında dəniz sezonu ilə əlaqədar olaraq bəzi şikayətlər olur və qarın ağrısı, tempuraturanın yüksəlməsi, halsızlıq, boğazda ağrı və öskürək bu şikayətlərə daxildir: 

“Bu kimi şikayətlər bakterial infeksiyalarda olduğu kimi, viruslarda da özünü biruzə verə bilər. Təcrübəmzidə virus olduğu halda yanlışlıqla antibiotik istifadə edən xəstələr də var. Antibiotik istifadəsi bu xəstəlikdə heç bir dəyişiklik etmir. Çünki virus olduğu üçün antibiotik ona heçnə edə bilmir”.

Doktor deyir ki, yanlış antibiotik istifadəsi zamanı xəstələrdə ağırlaşma prosesi gedir. Həmçinin də pasient boşu-boşuna antibiotik qəbul etmiş olur. Bunun üçün də bu kimi hallarda mütləq həkimə müraciət etmək lazımdır. Müşahidə edilən virusun anti-virallar ilə müalicəsi mümkündürsə, həkim bu pereparatlardan müalicə zamanı istifadə edəcək. Çünki virus xəsəliklərdə antibiotikin yazılması doğru deyil.

Bəs bu virusun düzgün müalicəsi necə aparılmalıdır?

Mədinə Useynova

Həftənin ən çox oxunanları

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan ŞOK AÇIQLAMA

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan  ŞOK AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!
DAVAMIN OXU davamın oxu

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verməlidir"

DAVAMIN OXU davamın oxu

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu