"Sabah səhər saatlarından başlayaraq..." - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!

"Sabah səhər saatlarından başlayaraq..." - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
02.09.2024 18:10
Aa
dəq

3 sentyabr saat 06:00-dan başlayaraq Mehdiabad-Digah-Məmmədli "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.

Həftənin ən çox oxunanları