UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
08.09.2024 01:27
Aa
dəq

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turuna yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A, B, C və D Liqaları çərçivəsində son 9 qarşılaşma baş tutub.

Günün əsas oyunlarından biri Almaniya və Macarıstan yığmaları arasında keçirilib. Bundestim doğma meydanda 5 cavabsız qola sevinib. A Liqasındakı digər oyun Niderland ilə Bosniya və Herseqovina yığmaları arasında olub. Yeddi qolluq bu matçda da meydan sahibləri darmadağına seviniblər.

Ukrayna yığması ilk turda Albaniyanı sınağa çəkib və məğlubiyyətə üzülüb. İngiltərə millisi isə İrlandiyanı səfərdə 2 cavabsız qolla üstələyib.

Qonşu Gürcüstan yığması Çexiya millisini doğma meydanda böyük hesabla məğlub edib. Ermənistan da Latviya ilə ev oyununda oxşar hesabla qalib gəlib.

Xatırladaq ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 1-ci turunun qalan oyunları əvvəlki iki gündə keçirilib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur

7 sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 5:0
Qollar: Füllkruq, 27. Musiala, 58. Virts, 66. Pavloviç, 77. Haverts, 81-pen.

Niderland – Bosniya və Herseqovina 5:2
Qollar: Zirkze, 13. Reynders, 45+2. Qakpo, 56. Veqhorst, 88. X.Simons, 90+2 – Demiroviç, 27. Dzeko, 73.

B Liqası, 1-ci qrup

Gürcüstan – Çexiya 4:1
Qollar: Kvaratsxeliya, 33-pen. Çakvetadze, 53. Mikautadze, 63. Koçoraşvili, 66 – Kalvaç, 80.

Ukrayna – Albaniya 1:2
Qollar: Konoplya, 49 – İsmayli, 54. Asani, 66.

B Liqası, 2-ci qrup

İrlandiya – İngiltərə 0:2
Qollar: Rays, 11. Qriliş, 26.

Yunanıstan – Finlandiya 3:0
Qollar: İoannidis, 24; 76. Kallman, 37-öz qapısına.

C Liqası, 4-cü qrup

Farer adaları – Şimali Makedoniya 1:1
Qollar: Davidsen, 9-pen – Bardi, 49-pen.

Ermənistan – Latviya 4:1
Qollar: Bıçakçıyan, 6. Dubra, 35-öz qapısına. Zelarayan, 48. Spertsyan, 86 – Harutunyan, 9-öz qapısına.

D Liqası, 2-ci qrup

Moldova – Malta 2:0
Qollar: Kaymakov, 32. Nikolaesku, 45+5-pen.

Həftənin ən çox oxunanları

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu

"İnter" yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb

DAVAMIN OXU davamın oxu

Onlar “Qarabağ”ı Avroliqanın “pley-off”unda görürlər

Onlar “Qarabağ”ı Avroliqanın “pley-off”unda görürlər
DAVAMIN OXU davamın oxu

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

DAVAMIN OXU davamın oxu

"Real" klubunun futbolçusu zədələnib

DAVAMIN OXU davamın oxu