İmişli xəstəxanasında mənimsəmə ilə bağlı məhkəmə başlayır

İmişli xəstəxanasında mənimsəmə ilə bağlı məhkəmə başlayır
16.06.2023 12:00
Aa
dəq

Dövlət büdcəsindən ayrılmış vəsaitləri mənimsəyən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla həmin xəstəxananın baş həkimi Eynulla Qasımovun “Xanlar-Aysu” MMC-nin direktoru Xasməmməd Bayramovla əlbir olaraq dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış, eləcə də tibb müəssisələrində əsaslı təmir işlərinin həyata keçirilməsi üçün onlara etibar edilmiş 44 min manatdan artıq pul vəsaitini informasiya resursları və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə dövlətə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib, Eynulla Qasımovun ölümü ilə əlaqədar barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilmiş, Xasməmməd Bayramova isə Cinayət Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

“Xanlar-Aysu” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məlumatlar da daxil olmaqla cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu