İlin ən çox qol vuran futbolçuları – SİYAHI

İlin ən çox qol vuran futbolçuları – SİYAHI
03.03.2023 12:10
Aa
dəq

2023-cü ildə bütün turnirlər daxil olmaqla ən çox qol vuran futbolçuların adları məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya “Mançester Yunayted”in hücumçusu Markus Reşford başçılıq edir.

O, 2023-cü ilin ilk iki ayında 16 oyunda 14 dəfə fərqlənib. Reşfordu 11 topla “Napoli”nin üzvü Viktor Osimhen izləyir. Siyahıya ümumilikdə 7 və daha çox qol vuran 71 oyunçu salınıb.

Azərbaycanda 2023-cü ildə ən çox qol vuran oyunçu “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır. Gənc futbolçu Premyer Liqada aktivinə 4 top yazdırıb.

9 və daha çox qol vuranlar:

  Futbolçu Ölkəsi Klubu Qol
1 Markus Reşford İngiltərə “Mançester Yunayted” 14
2 Viktor Osimhen Nigeriya “Napoli” 11
3 Pedro Braziliya “Flamenqo” 10
4 Kərim Benzema Fransa “Real” 10
5 Henri Martin Meksika “Amerika” 10
6 Deyan Damyanoviç Monteneqro “Kitçi” 10
7 Enner Valensiya Ekvador “Fənərbağça” 10
8 Lele Braziliya “Volta Redonda” 10
9 Qabriel Barbosa Braziliya “Flamenqo” 9
10 Joao Mario Portuqaliya “Benfika” 9
11 Vissam Ben Yedder Fransa “Monako” 9
12 Yussef En-Nesiri Mərakeş “Sevilya” 9
13 Yohan Veneqas Kosta-Rika “Alaxuelense” 9
14 Eetu Vertaynen Finlandiya “Linfild” 9
15 Dieqo Mauritsio Braziliya “Odişa” 9
16 Vangelis Pavlidis Yunanıstan AZ 9
17 Ussema Buqerra Tunis “Olimpik Beja” 9
18 Mettyu Şevlin Şim. İrlandiya “Kolerayn” 9
19 Eran Zahavi İsrail “Makkabi” 9
20 Ronan Hale İrlandiya “Kliftonvill” 9
21 Kyoqo Furuhaşi Yaponiya “Seltik” 9
22 Kilian Mbappe Fransa PSJ 9

Həftənin ən çox oxunanları