Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB

Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
10.05.2024 21:08
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondunun “PAŞA Holding”in dəstəyi məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Bildirilib ki, işğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.

Qeyd edildi ki, Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.

Məlumat verildi ki, bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Həftənin ən çox oxunanları

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar xidmət arasında birgə tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar xidmət arasında birgə tədbirlər planı imzalanıb
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib
DAVAMIN OXU davamın oxu

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi keçirilir
DAVAMIN OXU davamın oxu

Siyavuş Novruzov: Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi

Siyavuş Novruzov: Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi
DAVAMIN OXU davamın oxu

5 mindən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

5 mindən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
DAVAMIN OXU davamın oxu