Əsas məzmuna keç

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

Dövlət başçısı Suriyaya mavi yanacaq nəqlinin elektrik qıtlığını azaldacağını bildirdi. Cənub Qaz Dəhlizi çərçivəsində ixracın şaxələndirilməsinin mühüm detalları.

en ru

Suriyaya 1,5 milyard kubmetr həcmində qazının tədarükü vasitəsilə əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Cənub Qaz Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, sonuncu çıxışı zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı danışılan planlar artıq reallaşıb:

"Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır".

deyib ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil:

"Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…