Əsas məzmuna keç

İlham Əliyev: Qeyri-neft sektorunun payı 70%-i keçib

İlham Əliyev: Qeyri-neft sektorunun payı 70%-i keçib

Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı mühüm rəqəmləri açıqladı. Bəs ölkənin qeyri-neft ixracı potensialı necə dəyişib? Təfərrüat:

ru en

Azərbaycanda qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) 70 %-dən artıqdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

iqtisadiyyatının olduğunu diqqətə çatdırıb:

"Biz ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq birbaşa sərmayələri cəlb edə bildik. Bu sərmayələrin yarısı xarici mənbələrdən daxil edilib. Bu, son 20 il ərzində baş verib. Sərmayələrimiz, planlarımız davam edir. Sərmayədarlar bu gün daha çox sabit yerlərə nəzər salırlar".

İlham Əliyev vurğulayıb ki, vaxt getdikcə sabit məkanların sayı artmır:

"Bu, indinin reallığıdır. Yaxşı sərmayə mühiti, sərmayələrin qorunması, müvafiq qanunvericilik, həyata keçirilmiş layihələr enerji və qeyri-enerji sektoruna sərmayələri cəlb etməyə imkan yaradır. Bu da bizim prioritetlərimizdən biridir. 16 il öncə İslam İnkişaf Bankı ilə bu barədə danışdıq. Bu gün vəziyyət dəyişir. Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-dən artıqdır. Bu, çox gözəl nailiyyətdir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…