Əsas məzmuna keç

İlham Əliyev müsəlman aləmindəki narahatedici hadisələrə toxunub

İlham Əliyev müsəlman aləmindəki narahatedici hadisələrə toxunub

Dövlət başçısı İslam həmrəyliyinin vacibliyindən danışıb. Kubanıçbek Ömüralıyev və dini liderlərlə görüşdə Bakının birliyi gücləndirmək üçün atdığı addımlar açıqlanıb.

en ru

İlham Əliyev bugünkü dünyada və xüsusilə aləmində baş verən bəzi hadisələrin hamını narahat etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev sentyabrın 15-də Təşkilatının Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

"Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…