Əsas məzmuna keç

İlham Əliyev: Müharibəyə görə bizi sanksiya ilə hədələyirdilər

İlham Əliyev: Müharibəyə görə bizi sanksiya ilə hədələyirdilər

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə bəzi dövlətlərin Azərbaycana qarşı tətbiq etdiyi təzyiqlər və sanksiya hədələri barədə danışıb.

ru en

torpaqları işğal altında olan zaman 30 il ərzində dəfələrlə mənasız danışıqlar aparıldı.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

ATƏT-in keçmiş Minsk qrupunu nəzərdə tutaraq deyib ki, onların yeganə hədəfi Azərbaycanın torpaqlarının Ermənistanın işğalı altında saxlaması idi:

"Sülhü əldə etmək, ərazilərimizi işğal altından azad etmək mandatına malik olan ATƏT-in Minsk qrupunun həmsədrləri - BMT-nin Şurasının daimi üzvləri Fransa, Rusiya, ABŞ - Ermənistanı Azərbaycanın ərazilərindən çıxmağa vadar edə bilmirdi. Danışıqların aparılması elə onların birgə qərarından irəli gəlirdi".

İlham Əliyev bəyan edib ki, Azərbaycan vəziyyəti dəyişdi:

"Bizim danışıqlar prosesinin başlanğıcında böyük ümidlərimiz var idi. Çalışırdıq ki, sülh ilə məsələnin çalışmasına nail olaq, böyük ölkələri dilə gətirək ki, həqiqət bizim tərəfimizdədir. Biz haqlıyıq. Bizim ərazilərimiz işğal olunub. Baxın xəritəyə, Ermənistanın qoşunları bizim ərazimizdə idi. Cavabda eşidirdik ki, gedin və razılaşın. Bu, bir mesaj idi. Bunun digər həll variantı yoxdur. Üçüncü mesaj yəni siz müharibəyə başlaya bilməzsiniz. Dördüncü mesaj, əgər siz müharibəni başlasanız, sanksiya edəcəyik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…