Əsas məzmuna keç

İlham Əliyev məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb

İlham Əliyev məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb

Dövlət başçısı uşaq bağçaları və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərar qəbul etdi. Yenilik nələri dəyişəcək?

ru en

Azərbaycanda təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına maliyyələşmə modeli tətbiq edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bununla bağlı imzalayıb.

Sənəd məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması məqsədi daşıyır.

Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin edilir.

Nazirlər Kabinetinə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli və digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi isə hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…