Əsas məzmuna keç

İlham Əliyev Malta Prezidentini təbrik edib

İlham Əliyev Malta Prezidentini təbrik edib

Respublikasının Prezidenti İlham Əliyev Respublikasının Prezidenti xanım Miriam Spiteri Debonoya məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda qeyd edilib:

"Hörmətli xanım ,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…