Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB

3 dəq
Paylaş:
İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev aprelin 14-də Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu deyib və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğulayıb.

səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirib.

Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğulayıb.

Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında "ASAN xidmət" modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlanıb.

Görüşdə ilə Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanla Kolumbiyanın təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunulub, bu xüsusda hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəklədiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təmasların, həmçinin səfərlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev aprelin 14-də Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax