Əsas məzmuna keç

İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dövlət başçısı Esvatini Krallığının diplomatı Sibusisive Mnqomezulu ilə görüşüb. Yeni səfirin etimadnamə təqdimatı və müzakirə edilən əməkdaşlıq perspektivləri barədə daha ətraflı.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İlham Əliyev aprelin 14-də Esvatini Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Esvatininin Kralı Əlahəzrət III Msvatinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Esvatini Kralına çatdırmağı xahiş edib.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş sammiti zamanı Esvatini Kralının Azərbaycana səfərini məmnunluqla xatırladaraq, onun gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasında iştirak edəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev ilə Esvatini Krallığı arasında siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə edib, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyevin Azərbaycana uğurla rəhbərlik etdiyini vurğulayan səfir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin sahəsində əldə edilmiş uğurlar ilə bağlı təbriklərini çatdırıb.

O, həmçinin regionda sülhün əldə edilməsində dövlət başçısının diplomatik səylərinə və roluna toxunaraq, bununla bağlı da Prezident İlham Əliyevi təbrik edib.

Səfir ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

O, ölkəsinin Afrika İttifaqının və Təhlükəsizlik Şurasının sədri qismində Afrika qitəsində sülhün təmin olunması istiqamətində ardıcıl səylərini davam etdirdiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Esvatininin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi qeyd edilib, energetika, elm, təhsil, humanitar, turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə münasibətlərin qurulması üçün əlverişli imkanların olduğu bildirilib, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəminə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev aprelin 14-də Esvatini Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…