İlham Əliyev Kir Starmeri Böyük Britaniyanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib

İlham Əliyev Kir Starmeri Böyük Britaniyanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
06.07.2024 09:42
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyev Kir Starmeri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin ediməsi münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Birləşmiş Krallıq arasında ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq münasibətləri bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur. Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımı ifadə edirəm.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da inkişaf edərək yeni səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu