Əsas məzmuna keç

İlham Əliyev: Hazırda vəziyyət tam nəzarət altındadır

İlham Əliyev: Hazırda vəziyyət tam nəzarət altındadır

Şavkat Mirziyoyev İranın PUA hücumlarını qınadı. Özbəkistanın dəstəyini alan lider bölgədəki sabitlik və müttəfiqlik əlaqələri barədə mühüm detalları açıqladı.

en ru

Prezidenti Şavkat İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.

baş vermiş hadisə ilə bağlı məlumat verərək hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.

Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…