Əsas məzmuna keç

İlham Əliyev Füzulidəki məscid üçün Berdiməhəmmədova təşəkkür edib

İlham Əliyev Füzulidəki məscid üçün Berdiməhəmmədova təşəkkür edib

Prezident İlham Əliyev Füzuli şəhərində inşa olunan məscidə görə türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədova minnətdarlığını bildirib. Detallar burada.

en ru

İlham Əliyev Füzuli şəhərinə hədiyyə etdiyinə görə Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb.

İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.

Sərdar Berdiməhəmmədov Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün iki xalq arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…