Əsas məzmuna keç

İlham Əliyev Efiopiya Baş naziri ilə görüşdü: Sənədlər imzalandı

İlham Əliyev Efiopiya Baş naziri ilə görüşdü: Sənədlər imzalandı

Abiy Əhməd Əli ilə müzakirələrdə müdafiə, COP32 və investisiya üzrə mühüm razılaşmalar əldə olundu. Ceyhun Bayramovun imzaladığı strateji sazişlərin detalları.

en ru

İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əli ilə fevralın 27-də geniş tərkibdə görüşü olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sonra Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın naziri və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.

Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu" və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu" imzalanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…