Əsas məzmuna keç

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Prezident Bakıda investisiya layihələrini müzakirə edib. Görüşdə “China Energy” və “Ansaldo Energia” rəhbərləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib.

en ru

İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qonaqlar qəbula görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Onlar İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.

Prezident İlham Əliyev Azərbaycanın həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğuladı, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirdi.

Söhbət zamanı "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Strategiyası"nın təsdiq edildiyi xatırlandı, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olundu.

Görüşdə yaşıl , kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edildi.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…