Əsas məzmuna keç

İlham Əliyev: Qarabağda 48 yaşayış məntəqəsi bərpa olunub

İlham Əliyev: Qarabağda 48 yaşayış məntəqəsi bərpa olunub

Prezident Kubanıçbek Ömüralıyevlə görüşdə Böyük Qayıdışın uğurlarını açıqladı: 90 mindən çox soydaşımız doğma yurduna dönərək məskunlaşıb. Görün nələr dəyişib.

en ru

Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev sentyabrın 15-də Təşkilatının Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident artıq Azərbaycanın qalib xalq və müzəffər dövlət kimi yaşadığını bildirib:

"Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. "Böyük Qayıdış" Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…