Əsas məzmuna keç

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident Marius Vizeri qəbul edərək Azərbaycanda idmanın inkişafı və beynəlxalq yarışların təşkili ilə bağlı mühüm müzakirələr aparıb. Təfərrüatlar:

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
  • Prezident Vizerə cüdonun inkişafına töhfəsinə görə “Dostluq” ordenini təqdim edib.
  • İlham Əliyev Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini dedi. İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu dedi, bu xüsusda cüdoçularımızın mötəbər yarışlarda qazandıqları medalları vurğuladı.

Prezidenti idman sahəsində əldə olunmuş uğurlarda paytaxt ilə yanaşı, regionlarımızda da yaradılmış müasir idman infrastrukturunun roluna toxundu.

Qəbula və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Ladislau-Marius Vizer müxtəlif idman tədbirlərində cüdoçularımızın qazandıqları medallar münasibətilə təbriklərini çatdırdı.

Qonaq Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edildi, bu qurumla Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə "Dostluq" ordenini təqdim etdi.

Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Ladislau-Marius Vizer ölkəmizdə və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ordenlə təltif olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…