Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev investisiyaların dövlət tərəfindən alınmasını təsdiqlədi

2 dəq
Paylaş:
İlham Əliyev investisiyaların dövlət tərəfindən alınmasını təsdiqlədi

Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişikliyi imzalayıb.

Yeni dəyişikliklə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını edilib. Bu strateji əhəmiyyətə investisiyalara münasibətdə dövlətinin və xalqının mənafelərinə vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırılıb. Həmin məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax