Əsas məzmuna keç

Əcnəbilər üçün yeni qərar təsdiqləndi

Əcnəbilər üçün yeni qərar təsdiqləndi

Azərbaycanda yaşayan xarici vətəndaşlar üçün viza və miqrasiya qaydalarında mühüm dəyişikliklər qüvvəyə mindi. Yeni tənzimləmə kimlərə şamil olunacaq?

ru en

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ”ın məzmunu” təsdiq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, bu Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 39.4-cü maddəsinə əsasən hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – şəxslər) Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın məzmununu edir.

Qərar şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə müraciətlərinə əlavə etdikləri sənədlər və təqdim etdikləri məlumatlar əsasında, bu Sənədin 2.3-cü bəndi nəzərə alınmaqla, Azərbaycan dilində doldurulur.

Qərar bu Sənədlə müəyyən edilən məzmunda və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilərək, müraciət edənin İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…