Əsas məzmuna keç

İçərişəhərdə parkinqin qiyməti müəyyənləşib

İçərişəhərdə parkinqin qiyməti müəyyənləşib

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq...

İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, yeni tənzimləməyə əsasən ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə vasitələrinin eyni anda olma sayı 300 ilə məhdudlaşdırılıb.

Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 , bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nəğdsiz qaydada (azparking, post terminal və s.) mümkündür.

Bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir.

Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…