Əsas məzmuna keç

Husilər Qırmızı dənizdə Rusiyadan gələn gəmiyə ciddi ziyan vurublar

Husilər Qırmızı dənizdə Rusiyadan gələn gəmiyə ciddi ziyan vurublar

Yəmənin "Ansar Allah" üsyançı hərəkatının husiləri pilotsuz qayığı Qırmızı dənizdə Yunanıstanın "Tutor" gəmisinə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"İran tərəfindən dəstəklənən, ekipajsız husilərə məxsus suüstü aparat Qırmızı dənizdə Liberiya bayrağı altında , Yunanıstana məxsus və idarə olunan "Tutor" ticarət gəmisinə zərbə endirib. "Tutor" gəmisi sonuncu dəfə Rusiyaya yan alıb", - məlumatda deyilir.

Hücum nəticəsində mühərrik bölməsi zədələnib və gəmidə geniş sızma meydana gəlib. Zərərçəkənlər barədə məlumat verilmir.

Bundan əvvəl husilərin hərbi nümayəndəsi Yəhya Saria “Tutor”un ciddi ziyan gördüyünü, bata biləcəyini söyləyib. O, gəminin "sahib olduğu şirkətin işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu" üçün hücuma məruz qaldığını iddia edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…