Əsas məzmuna keç

Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz"

Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz"

“Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar...

“Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə olmadan hansısa baş verə ”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Star” a istinadən xəbər verir ki, bunu Türkiyənin milli Hulusi Akar Kayseridə şagirdlərlə görüşündə deyib.

O bildirib ki, Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: “Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.

Nazir son dövrdə görülən işlərdən də danışıb: “Bəziləri “TCG Anadolu” desant gəmisini, “Togg” milli avtomobilimizi tənqid edir. Bu, səhv yanaşmadır. Əlbəttə, işlərimiz davam edəcək. “ATAK-1” helikopterini istehsal etmişdik. İndi “ATAK-3” ə keçmişik. Hər versiya əvvəlkindən daha təkmildir. Biz öz istehsalımız olan silahlara, texnologiyaya sahib çıxmalıyıq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…