Operativ Məlumat Mərkəzi

Hövsanda anbardan 30 min manatlıq oğurluq olub

1 dəq
Paylaş:
Hövsanda anbardan 30 min manatlıq oğurluq olub
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30 000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə...

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30 000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər