Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yəməndə Husi hücumu: 7 nəfər öldü, 30 nəfər yaralandı

2 dəq
Paylaş:
Yəməndə Husi hücumu: 7 nəfər öldü, 30 nəfər yaralandı

Yəmənin liman şəhəri Mochada Husilər tərəfindən həyata keçirildiyi bildirilən hücum nəticəsində azı 7 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, hücum zamanı hava hücumundan müdafiə sistemləri 11 Husi dronunu zərərsizləşdirib.

Hadisə fonunda ABŞ Yəmənə dəstəyini bir daha təsdiqləyib. ABŞ-nin Yəməndəki müvəqqəti işlər vəkili Nil Hop Yəmən Rəhbərlik Şurasının sədri Rəşad əl-Alimi ilə görüşündə dəniz təhlükəsizliyi və terrorla mübarizənin əsas prioritetlər olduğunu bildirib.

ABŞ səfirliyinin açıqlamasında Vaşinqtonun “İranın dəstəklədiyi Husi təcavüzü” ilə mübarizədə Yəmənlə əməkdaşlığa sadiq qaldığı vurğulanıb.

Bununla yanaşı, İran və ABŞ arasında də davam edir. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla “qismən danışıqlar” apardığını açıqlasa da, İranın naziri Abbas Əraqçi birbaşa danışıqların aparılmadığını bildirib.

Əraqçi həmçinin “”nın Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilənədək bağlı qalacağını bəyan edib.

Qeyd edək ki, boğazın bağlı qalması qlobal enerji bazarında da narahatlıq yaradıb. “Brent” markalı neftin qiyməti 1,09 faiz artaraq 84,46 dollara yüksəlib. ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts isə iqtisadi təzyiqlərin Tehranı güzəştə getməyə məcbur edəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax