Operativ Məlumat Mərkəzi

Hotellərdə gecələyənlərin sayı artıb

1 dəq
Paylaş:
Hotellərdə gecələyənlərin sayı artıb

Bu ilin birinci rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən illin eyni dövrü ilə müqayisədə 41,9 % artaraq 779,4 min olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, gecələmələrin ümumi sayının 64,7 %-i Bakıda, 9,3 %-i Qusarda, 4 %-i Naftalanda, 3,9 %-i Qubada, 3,6 %-i Şabranda, 3 %-i Qəbələdə, 1,8 %-i Lənkəranda, 1,1 %-i Gəncədə, 1 %-i Naxçıvan Muxtar Respublikasında və 7,6 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər