Əsas məzmuna keç

Hörmüz boğazında gəmiyə hücum: İran hərbçiləri atəş açdı

Hörmüz boğazında gəmiyə hücum: İran hərbçiləri atəş açdı

UKMTO Oman sahillərində ticarət gəmisinin İran hərbçiləri tərəfindən hədəf alındığını bildirib. Kapitan gəminin ciddi zədə aldığını deyir. Hadisənin təfərrüatı burada:

en ru

boğazında konteyner gəmisinə hücum edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Böyük Britaniya Əməliyyatları İdarəsi () məlumat yayıb.

Bildirilib ki, hadisə Omanın şimal-şərqində, təxminən 15 dəniz mili məsafədə baş verib. Məlumata görə, hücum nəticəsində yanğın və ya ətraf mühitə təsir qeydə alınmayıb, bütün heyət üzvləri sağ-salamatdır.

Agentliyin açıqlamasına əsasən, gəmi kapitanı hücumun İran Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirildiyini iddia edib. Qeyd olunub ki, İran gəmisi konteyner gəmisinə yaxınlaşaraq atəş açıb və heyətlə radio əlaqəsi yaratmağa cəhd etməyib.

Hadisə nəticəsində ticarət gəmisinin idarəetmə körpüsünün ciddi zədələndiyi bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…