Əsas məzmuna keç

Hörmüz boğazı blokadası ABŞ ordusu üçün riskləri artırır

Hörmüz boğazı blokadası ABŞ ordusu üçün riskləri artırır

Vaşinqtonun strateji su yolunu blokadaya alması hərbi itkiləri artıra bilər. İranın dron və sürətli qayıq hədələri fonunda Amerika ordusunu hansı təhlükə gözləyir?

en ru

ABŞ-nin boğazını blokadaya alması qoşunları arasında daha çox itkiyə səbəb ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə CNN-in analitik hesabatında bildirilir.

Məlumata əsasən, boğazın blokadasını həyata keçirmək üçün ABŞ-nin əhəmiyyətli hərbi resurslar ayırması tələb olunacaq. Bu isə ordunu daha böyük risk altına sala bilər, çünki Vaşinqton indiyə qədər hücumlarının əksəriyyətini əsasən havadan həyata keçirib.

Hesabatda qeyd olunur ki, İran artıq gəmilərinə dronlar və sürətli qayıqlarla hücum edəcəyi barədə xəbərdarlıq edib. Bu da mümkün qarşıdurma zamanı Amerika hərbçiləri arasında itkilərin artması riskini yüksəldir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…