Haaqa yaxınlığında şəhərlərarası qatarın kranla toqquşması və relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 19 sərnişin xəstəxanaya aparılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qatar relsdən çıxarkən içərisində təxminən 50 nəfər olub.
Yaralanan 19 sərnişindən bəzilərinin vəziyyəti ağırdır. Yaralananlar arasında sərnişin qatarının maşinisti də var.
Ölən şəxs üçün baş nazir Mark Rutte başsağlığı verib.
Ümumiyyətlə, dəmiryol sistemlərinin çox təhlükəsiz olduğu Hollandiyada bu cür insident son dərəcə nadirdir.