Operativ Məlumat Mərkəzi

Hollandiya Avropanın uzaqmənzilli raket təşəbbüsünə qoşulub

1 dəq
Paylaş:
Hollandiya Avropanın uzaqmənzilli raket təşəbbüsünə qoşulub
bu barədə Hollandiya müdafiə naziri Ruben Brekelmans "X" səhifəsində yazıb. “Avropa ölkələrinin uzaqmənzilli raketlərə ehtiyacı var. Buna görə də mən...

Hollandiya Fransanın uzaqmənzilli raketlərin yaradılması təşəbbüsünə qoşulmaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hollandiya müdafiə naziri Ruben Brekelmans "X" səhifəsində yazıb.

“Avropa ölkələrinin uzaqmənzilli raketlərə ehtiyacı var. Buna görə də mən Parisdə elan etdim ki, Hollandiya onları inkişaf etdirmək üçün Fransanın təşəbbüsünə qoşulmaq istəyir”, - yüksək səviyyəli müdafiə rəsmisi bildirib.

Fransanın təşəbbüsü çərçivəsində Avropa ölkələri 1000-2000 kilometr mənzilli yerüstü qanadlı raketlər hazırlamaq istəyirlər. Layihədə Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və İsveç də iştirak edir. Tamamlanması üçün bir neçə il çəkəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər