Əsas məzmuna keç

Hokkaydo yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub

Hokkaydo yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub

bu barədə "İnterfaks" agentliyinə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı məlumat yayıb. "Çərşənbə axşamı Saxalin vaxtı...

Seysmoloqlar Yaponiyanın yaxınlığında okeanda 5,5 maqnitudalı zəlzələ qeydə alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı məlumat yayıb.

"Çərşənbə axşamı Saxalin vaxtı ilə saat 20:11-də (Moskva vaxtı ilə 12:11) Hokkaydo adasının şərq sahili yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub. Zəlzələ ocağı 19 km dərinlikdə yerləşib", - agentliyin həmsöhbəti bildirib.

Sunami təhlükəsi elan edilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…