Hizbullah silahlı birləşmələri Livanın cənubunda İsrailin təcavüzünə qarşı müqavimət göstərməkdə, canlı qüvvə və texnika ilə düşmənə ağır itkilər verməkdə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hizbullahın Teleqram kanalında məlumat yayılın.
Bildirilir ki, oktyabrın 1-dən toqquşmalar zamanı döyüşçülər azı 55 İsrail əsgər və zabitini öldürüb, daha 500-dən çoxunu yaralayıb, 20 Merkava tankını, bir neçə zirehli texnikanı və zirehli transportyorunu məhv edib.