Operativ Məlumat Mərkəzi

"Hizbullah" İsrailə raket yağdırıb

2 dəq
Paylaş:
"Hizbullah" İsrailə raket yağdırıb

“Hizbullah” Livandan İsrailə raket atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gecə boyu İsrailə 50-ə yaxın raket atılıb.

İsrailin havadan müdafiə sistemləri raketləri zərərsizləşdirib.

Vəziyyətlə əlaqədar Amerika Birləşmiş Ştatlarının İsrailə dəstək göndərdiyi bildirilir.

Qeyd edək ki, İran rəhbərliyi İsrailin Suriyada bir neçə gün əvvəl İran konsulluğuna etdiyi hücuma sərt qarşılıq verəcəklərini deyib. İsrail hökuməti hücumda əli olmadığını iddia edir. Konsulluğun vurulması nəticəsində 2-si general olmaqla 13 nəfər ölüb.

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden İranı İsrailə hücum planından əl çəkməyə çağırıb.

“Biz İsrailin müdafiəsinə sadiqik. İsrailə dəstək olacağıq. İsrailin müdafiə olunması kömək edəcəyik və İran uğurlu olmayacaq”, - deyə Bayden vurğulayıb.

Məlumata görə, bu gün, eyni zamanda, Avropa və Asiya ölkələrindən, ərəb ölkələrindən diplomatlar İranın Xarici İşlər Nazirliyinə zəng edərək İsrailə mümkün hücumların edilməməsini istəyiblər.

İran birmənalı olaraq bütün təkliflərə və hədələrə "Təcavüzkar cəzalandırılacaq!" - deyə rədd cavabı verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər