Livanın Hizbullah hərəkatının üzvləri İsrail Müdafiə Qüvvələrinin (IDF) mövqelərinə raket zərbələri endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hizbullahın hərbi informasiya xidmətinin Telegram kanalında dərc olunan hesabatda bildirilib.
Bəyanatda Livan hərəkatının ümumilikdə İsrail hərbçilərinin 9 nöqtəsinə atəş açdığı bildirilir. Bundan əlavə, hücum zamanı Hizbullah torpaqdan-torpağa raketləri kimi təsnif edilən Fəlak-1 raketlərindən istifadə edib.
Nəşrin məlumatına görə, Livan hərəkatının hədəfləri İsrailin Marqaliot və Maale Qolani yaşayış məntəqələri yaxınlığındakı İDF obyektləri olub. Bombardman nəticəsində yəhudi dövlətinin qoşunları itki verib, lakin təfərrüatlar açıqlanmayıb.
Hizbullah rəsmiləri əlavə edib ki, buna cavab olaraq İDF döyüşçüləri Livan hərəkatının bir çox atəş nöqtələrinə hücum edib və Əl-Xiyam şəhərinə hava hücumu təşkil edib.