Livan Hizbullahı Tel-Əviv ətrafında yerləşən Glilot hərbi kəşfiyyat bazasına və Hayfanın şimal-qərbindəki İsrail hərbi-dəniz bazasına raket zərbələri endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, Təl-Əviv yaxınlığındakı Nirit kəndinə raket hücumu həyata keçirilib.
Bundan əlavə, Hizbullah yaraqlıları ölkənin şimalındakı Hayfa şəhərinin şimal-qərbində yerləşən İsrail hərbi dəniz qüvvələrinin “Stella Maris” bazasına raket zərbəsi endirib.