Efiopiyanın baş naziri Abiy Əhməd BRİKS sammitində iştirak etmək üçün Kazana gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tatarıstan Prezident Aparatından verilən açıqlamada bildirilib.
Onu beynəlxalq hava limanında Tatarıstan prezidenti Rüstəm Minnihanov qarşılayıb.
Müvafiq olaraq, Efiopiya Federativ Demokratik Respublikası 2024-cü il yanvarın 1-də rəsmi olaraq BRİKS-ə qoşulub. Ölkənin qrupda iştirakı ilə bağlı qərar 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən 15-ci sammitdə qəbul edilib.