Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın az tədqiq edilmiş cənub qütbünə uğurlu eniş edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla da Hindistan bu uğura imza atan ilk ölkə olub.
2019-cu ildə Chandrayaan-2 missiyasını cənub qütbünə endirmək cəhdi uğursuzluqla nəticələnmişdi.
İlk iki cəhddən sonra nəhayət üçüncü cəhddə uğurlu olan missiyanın əsas məqsədlərindən biri Ayda insanların məskunlaşmasına dəstək verə biləcək su əsaslı buzları tapmaqdır.
Sözügedən hadisə Rusiyanın “Luna-25” təyyarəsinin eyni bölgəyə eniş etmək istəyərkən qəzaya uğramasından bir neçə gün sonraya təsadüf edib.
Qeyd edək ki, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olub.