Operativ Məlumat Mərkəzi

Hindistanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 308-ə çatıb

1 dəq
Paylaş:
Hindistanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 308-ə çatıb

Hindistanın cənubundakı Kerala əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 308-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha əvvəl 277 nəfərin öldüyü bildirilmişdi. 200-dən çox insan yaralanıb. Çoxları hələ də itkin düşüb.

İki gün davam edən şiddətli yağışlardan sonra Cənubi Hindistanın Kerala əyalətinin Vayanad bölgəsində dörd saat ərzində eyni vaxtda üç torpaq sürüşməsi baş verib.

Ərazidə hərbi, hava qüvvələrinin texnikası və axtarış itləri də daxil olmaqla axtarış-xilasetmə əməliyyatı aparılır. Torpaq sürüşmələri çoxlu evləri, yolları və körpünü uçurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər