Əsas məzmuna keç

Hindistanın cənub-şərqində qasırğa 17 nəfərin həyatına son qoyub

Hindistanın cənub-şərqində qasırğa 17 nəfərin həyatına son qoyub

Hindistanın cənub-şərqindəki Tamil Nadu ştatında “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb. İki gün ərzində bölgəyə 330 mm-dən çox yağış düşüb....

Hindistanın cənub-şərqindəki Tamil Nadu ştatında “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-lərə istinadla xəbər verir ki, iki gün ərzində bölgəyə 330 mm-dən çox düşüb.

"Siklonla bağlı daşqınlar nəticəsində baş verən müxtəlif hadisələrdə 17 nəfər ölüb. 10-a yaxın suda boğulma və elektrik cərəyanı vurma faktı qeydə alınıb, onlara vaxtında tibbi yardım göstərilib", - polisin açıqlamasında bildirilir.

Polisin bildirdiyinə görə, qonşu rayonlardan məlumat daxil olduqdan sonra ölənlərin sayı arta bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…