Hindistanın qərbindəki Qucarat ştatında son 24 saat ərzində yağan yağışlar nəticəsində ölənlərin sayı 26-ya çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Times of India: News" nəşri məlumat yayıb.
Qeyd edilib ki, bölgədə yağıntının miqdarı normadan artıq olub.
Qucaratda çayların səviyyəsinin qalxması ilə əlaqədar 17,8 min insan təhlükəsiz yerlərə təxliyə edilib.
Hindistan hökuməti əhaliyə yardım göstərmək üçün Qucarat ştatına altı batalyon qoşun yeridib. Xilasetmə əməliyyatlarına hərbi aviasiya və sahil mühafizə bölmələri cəlb olunub.