Operativ Məlumat Mərkəzi

Hindistanda torpaq sürüşməsi 40-dan çox insanın həyatına son qoyub

1 dəq
Paylaş:
Hindistanda torpaq sürüşməsi 40-dan çox insanın həyatına son qoyub

Hindistanın cənubundakı Kerala ştatında baş verən sürüşmə nəticəsində 41 nəfər ölüb, ən azı 70 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Asianet" xəbər agentliyi məlumat yayıb.

Hindistanın cənubundakı Kerala əyalətinin şimal-şərqindəki Vayanad rayonunun dağlıq ərazilərində sürüşmə baş verib. Yüzlərlə insan dağıntılar altında qalıb. Ölən və yaralananların sayı arta bilər. Hadisə yerində xilasetmə qrupları əsgərlərlə işləyir. Onların işinə davam edən leysan yağışları mane olur.

Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və təzminat ödəniləcəyini açıqlayıb. Sürüşmə qurbanlarının yaxınları hər birinə 200 min hind rupisi (təxminən 2400 dollar), xəsarət alanlar isə hökumətdən 50 min hind rupisi (təxminən 600 dollar) alacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər