Operativ Məlumat Mərkəzi

Hindistanda güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 48-ə yüksəlib

1 dəq
Paylaş:
Hindistanda güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 48-ə yüksəlib
Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayı 48-ə çatıb. Səlahiyyətlilər bölgədəki yaşayış evlərinin yağış və...

“Hindustan Times” qəzetinin məlumatına görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayı 48-ə çatıb.

Səlahiyyətlilər bölgədəki yaşayış evlərinin yağış və daşqınlardan təsirləndiyini və minlərlə insanın bölgədən təxliyə edildiyini bildirib.

Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.

Hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları bölgəyə böyük ziyan vurur. Alimlər son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə olunan nizamsız və həddindən artıq yağışların iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşürlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər