Operativ Məlumat Mərkəzi

Hindistan və Yaponiya orduları birgə təlimlərə başlayıblar

1 dəq
Paylaş:
Hindistan və Yaponiya orduları birgə təlimlərə başlayıblar
martın 9-dək davam edəcək təlimlərin məqsədi iki ölkənin hərbi qulluqçularının döyüş əməkdaşlığını gücləndirmək və birgə əlaqəni artırmaqdır. Təlimlərdə...

Hindistan və Yaponiya Quru Qoşunları bölmələri Qərbi Rajasthan əyalətindəki Mahajan poliqonunda beşinci illik "Dharma Guardian" taktiki təlimlərinə başlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Times of İndia"ya istinadən xəbər verir ki, martın 9-dək davam edəcək təlimlərin məqsədi iki ölkənin hərbi qulluqçularının döyüş əməkdaşlığını gücləndirmək və birgə əlaqəni artırmaqdır.

Təlimlərdə Yaponiya silahlı qüvvələrinin 34-cü piyada alayının və Hindistan ordusu batalyonunun "Rajputana raifles" hərbi qulluqçuları iştirak edir.

Qeyd edək ki, Hindistan və Yaponiya hər il "Dharma Guardian" çərçivəsində 2015-ci ildən bəri birgə təlimlər keçirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər