Hindistan 8,5 milyard dollar dəyərində hərbi texnikanın alınmasına razılıq verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan ordusunun istifadəsi üçün əlavə olaraq 200 BrahMos raketi, 50 kommunal vertolyot, ağır silahlar və elektron döyüş sistemlərinin alınacağı bildirilib.
Hərbi Hava Qüvvələrinin “Sukhoi-30MKI” tipli döyüş təyyarələrində istifadə üçün uzaqmənzilli uzaqdan idarə olunan silah tələbinin də qəbul edildiyi paylaşılıb.