Əsas məzmuna keç

Hikmət Hacıyev: Qarabağ müasir metodlarla yenidən qurulur

Hikmət Hacıyev: Qarabağ müasir metodlarla yenidən qurulur

Hikmət Hacıyev azad edilən ərazilərdəki bərpa prosesi və innovativ layihələrdən danışdı. İşğaldan qurtulan torpaqlarda infrastrukturun yenilənməsinin təfərrüatları:

en ru

İşğal nəticəsində Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb. Biz bərpa işlərini davam etdiririk. müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı söyləyib.

Həmin ərazilərin sıfırdan, hətta bəzən “mənfi”dən bərpa edildiyini, - çünki bu torpaqlar minalarla ciddi şəkildə çirkləndirilib, - deyən Prezidentin köməkçisi vurğulayıb: “Təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır. Buna görə də genişmiqyaslı minatəmizləmə əməliyyatları aparılır. Çünki münaqişə sonrası bərpa prosesində təhlükəsizlik və yaşayış şəraiti məsələsi olduqca vacibdir. Eyni zamanda, azad olunmuş ərazilərin bərpasında beynəlxalq təcrübə və biliklərdən istifadə etmək üçün imkanlar araşdırılır”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…