Əsas məzmuna keç

HHQ komandanı: İrana yeni model “Su” qırıcı təyyarələri lazımdır

HHQ komandanı: İrana yeni model “Su” qırıcı təyyarələri lazımdır

bunu İran HHQ komandanı, briqada generalı Həmid Vahidi İran Dövlət Televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, ölkəsinin HHQ arsenalına...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran Hərbi Hava Qüvvələrinə () yeni “Su” qırıcı təyyarələri lazımdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran HHQ komandanı, briqada generalı Həmid Vahidi İran Dövlət Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsinin HHQ arsenalına istehsalı olan “Su” döyüş təyyarələrinin yeni modelləri lazımdır, lakin onların İrana nə vaxt gətiriləcəyi barədə məlumatı yoxdur və bu məsələ yüksək rütbəli məmurlarının qərarından asılıdır.

Vahidi qeyd edib ki, "Eagle 44" yeraltı hərbi bazası təhlükəsiz yerdə qurulub və oranı heç kim bombardman edə bilməz. İran həmçinin bu tip digər bazaların gələcəkdə açılmasını planlaşdırır. HHQ komandanı “F4” döyüş təyyarələrinin təkmilləşdirilməsi layihəsinə də toxunub: “F4” təyyarəsinin radar və silah sistemləri yenilənib. Qırıcı təyyarənin “hava-hava” və “hava-yer” raketlərinin atış məsafəsi artırılıb, avadanlıqlarının 80 faizdən yenilənib".

Vahidi onu da əlavə edib ki, Şəhid Səttari Universitetində məktəbi fəaliyyətə başlayıb: "Biz artıq bir neçə ildir ki, PUA sahəsi üzrə pilotlar hazırlayırıq və bu sahədə əməkdaşlığa hazır olduğumuzu dost ölkələrə bildirmişik".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…